Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? – Paşinyan AÇIQLADI

0
78
pasinyan

“Laçın dəhlizinə alternativ yolun inşası başa çatdıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq”.

Bineqedi.info saytı xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan hazırda rusiyalı tərəfdaşları ilə danışıqlar aparır: “Belə ki, dəhliz rusiyalı sülhməramlıların tam nəzarəti altında olmalıdır”.

Paşinyan bildirib ki, Azərbaycana təhvil veriləcək Laçın şəhəri və Zabux kəndinin sakinləri mənzillə təmin olunacaq.

Ermənistanın Baş naziri Nikol Paşinyan Fərrux kəndinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu təsdiq edib.

Paşinyan bu barədə İrəvanda onlayn keçirilən mətbuat konfransında danışıb.

Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin edən yeni yolun tikintisi ilə əlaqədar Laçının hazırda Rusiya hərbçilərinin nəzarətində olan bir sıra yaşayış məntəqələri Azərbaycan tərəfinə təhvil veriləcək.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında bildirib.

Dünən yayılan məlumatda həmin yaşayış məntəqələrinin Laçın şəhəri və Zabux kəndi olduğu bildirilmişdi.
Lakin bu gün məlum olub ki, Paşinyan “Laçın dəhlizi” boyunca yerləşən daha bir kənddən bəhs edib. Yəni “Laçın dəhlizi”nə çəkilən alternativ yol istifadəyə veriləndən sonra Laçın şəhəri və Zabux kəndi ilə yanaşı, bir qrup erməninin qanunsuz yaşadığı Sus kəndi də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.
2020-ci il dekabrın 1-də işğaldan azad edilən Laçın rayonunun bir hissəsi, o cümlədən Laçın şəhəri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan 5 kilometr enində zolağa – “Laçın dəhlizi”nə düşüb. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir.
Hazırda “Laçın dəhlizi”ində Laçının rayon mərkəzi və 6 kəndi yerləşir: Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux. Bu kəndlərdən 4-ü boşdur, 2-də isə – Sus və Zabuxda – ermənilər qanunsuz olaraq məskunlaşdırılıblar.

Modern.az xəbər verir ki, 2020-ci ildə Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları hazırda Laçın şəhərinə və bu 6 kəndə nəzarət edirlər.
Rəsmi statistikaya görə, Laçın rayonunda 1 şəhər, 1 qəsəbə, 125 kənd var.
Paşinyanın haqqında bəhs etdiyi Sus kəndi Həkəri və Zabux çaylarının sahilində yerləşir. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Sus kəndi 2020-ci ildə İkinci Qarabağ müharibəsidən sonra imzalanan 10 noyabr atəşkəs razılaşması ilə Rusiya sülhməramlılarının nəzarəti altına düşüb.

Sus kəndinin əsas təsərrüfatı heyvandarlıq, bağçılıq və əkinçilik olub. Vaxtilə Susda Həkəri çayı boyunca tut, alma, gilas bağları mövcud idi.

Ermənistanın baş naziri Nikol Paşinyan xatırladıb ki, Qarabağın dağlıq hissəsinə gedən marşrutun dəyişdirilməsi ilə bağlı razılıq Ermənistan, Azərbaycan və Rusiya dövlət başçılarının 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən əldə olunub. Laçın şəhərindən yan keçən yeni Xankəndi-Gorus yolu tamamilə Rusiya sülhməramlılarının nəzarəti altında olacaq.

Paşinyan deyib ki, hazırda Laçın şəhərində yaşayan ermənilərin problemi Ermənistan hökumətinin qərarları ilə həll edilir: “Onlar mənzillə təmin olunmalıdırlar. Bu gün Laçında faktiki olaraq ailələr yaşamır”.

Zabux kəndində yaşayan ermənilərə gəlincə, Paşinyanın sözlərinə görə, onların problemi Qarabağ separatçıları tərəfindən həll olunacaq. Baş nazirin açıqlamasından belə məlum olur ki, Zabuxda yaşayan ermənilər oradan çıxmalı olsalar, onlar Qarabağın dağlıq hissəsinə – separatçıların olduğu ərazilərə köçürüləcək. Halbuki, həmin ermənilər əvvəllər Qarabağda yaşamayıblar, onlar bura Suriya, Livan və başqa yerlərdən köçüb gəliblər.

“Sus kəndinə gəlincə, məndə heç bir məlumat yoxdur”, – deyə Paşinyan bildirib.

Qeyd edək ki, hazırda Rusiya hərbçilərinin nəzarət zonasında yerləşən “Laçın dəhlizi”ində yerləşən Laçın şəhərində, Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux kəndlərində tarix boyu erməni yaşamayıb. Onlar həmin ərazilərə 1992-ci ildəki işğaldan sonra yerləşdiriliblər.

Razılaşmaya əsasən, Azərbaycan tərəfinin “Laçın dəhlizi”nə çəkdiyi alternativ yolun 2020-ci ilin sonunda istifadəyə veriləcəyi gözlənilir. Yeni yol Ermənistanla sərhəddən – Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçub Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində Xankəndiyə gedən köhnə magistralla kəsişəcək.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri 2016-cı ildə təqdim etdikləri üç təkliflə Qarabağın statusu məsələsində tələbləri aşağı salmağa çağırıblar”.
Paşinyan bildirib ki, beynəlxalq tərəfdaşlar Qarabağın statusu ilə bağlı tələbləri aşağı salmaq barədə dəfələrlə çağırış ediblər.
Bu tələblərin hazırda hansı səviyyədə olduğu barədə suala toxunan baş nazir bir müddət öncə parlamentdə etdiyi çıxışı xatırladıb. Həmin çıxışda o, qeyd etmişdi ki, 1998-ci ildən bəri aparılan bütün danışıqlarda Ermənistan tərəfi ya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, ya da heç olmasa, Qarabağın Azərbaycanın tərkibində olmaması ilə bağlı öz prinsipini rəhbər tutmayıb.

Paşinyanın sözlərinə görə, parlamentdəki həmin çıxışından sonra orada göstərilən faktların reallığa uyğun olmadığına dair bircə dənə də əsaslı təkziblə qarşılaşmayıb.
“Bu, reallıqdır, amma başqa məsələdir ki, həm bizim hökumət, həm də bizdən əvvəlki hökumət bu barədə danışmamışdı. Baxmayaraq ki, digər tərəfdən bu, dolayısı ilə qeyd olunub. Mən də bu dolayı çıxışlardan danışdım”, – deyə Paşinyan bildirib.

O qeyd edib ki, 1998-ci ildə Dağlıq Qarabağın tərəf kimi danışıqlar prosesindən çıxarılması statusla bağlı tələbin aşağı salınmasına çağırış demək idi.
Baş nazir 1996-cı ildə keçirilmiş Lissabon sammitini də xatırladıb. “Ermənistan, düzdür, o zaman veto qoydu, bəs niyə veto qoymuşdu? Ermənistan “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” ifadəsinə veto qoyub. Bundan sonra Ermənistan qərara veto qoyduğu üçün ATƏT sədri beynəlxalq ictimaiyyətin mövqeyini ifadə edən bəyanatla çıxış edib”.

Paşinyan xatırladıb ki, həmin çıxış tələbləri aşağı salmağa yönələn çağırış idi.
Baş nazir BMT Təhlükəsizlik Şurasının qətnamələrinə də diqqət yetirib.

“Onların məzmunu nə idi? Bu gün cəmiyyətimizin bundan xəbəri varmı? Beynəlxalq təhlükəsizliyin ən yüksək instansiyasının qəbul etdiyi qətnaməni xatırlatmamaq üçün yazılmamış qanun var idi ki, bu da bizim üçün əlverişsizdir”, – deyən baş nazir beynəlxalq ictimaiyyətin bunu unuda bilməyəcəyini vurğulayıb.

Paşinyan deyib: “Bizə elə gəldi ki, bizə rəğbət bəslədiyini düşündüyümüz və ya yaxşı münasibətlərimiz olan bütün ölkələr Qarabağın Azərbaycanın bir hissəsi olmamasına inanırlar, lakin bu belə deyil. Bu barədə birbaşa danışan sənədlər, faktlar, hətta ictimai bəyanatlar var. Başqa bir şey də odur ki, biz bunu hiss etməmiş kimi davrandıq”.

“Ermənistan baş naziri Nikol Paşinyanın 27 iyun 2022-ci il tarixində onlayn mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı söylədiyi bir sıra fikirlər bu ölkənin bölgədə dayanıqlı sülh yaratmaq istəyini şübhə altına alır”.

Bineqedi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN açıqlama yayıb.

“Baş nazir Paşinyana sərt xatırladırıq:

Azərbaycan, Ermənistanın işğalçı siyasətinə rəğmən və ərazilərində onilliklər ərzində Ermənistan tərəfindən tətbiq edilmiş “hər şeyi məhv etmək” yanaşmasına baxmayaraq, ərazilərini azad etdikdən sonra iki dövlət arasında münasibətlərin normallaşması tərəfdarı və təşəbbüskarı olub. Məhz Azərbaycan dövlət başçısı, post-münaqişə mərhələsində beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsi əsasında sülh sazişinin imzalanması təklifi ilə çıxış edib.

Hətta, Azərbaycan tərəfi Sazişin əsaslanmalı olduğu baza prinsiplərini də qarşı tərəfə təqdim edib. Paşinyanın iddia etdiyi kimi Azərbaycan müharibə istəsəydi, yəqin ki, bu addımlara ehtiyac qalmazdı. Əgər Azərbaycan müharibə istəsəydi, Ermənistanın 30 il ərzində yerlə yeksan etdiyi ərazilərin yenidən qurulması və bərpası üçün böyük səylər sərf edib, nəhəng işlər görməzdi.

Azərbaycan tərəfi, iki ölkə arasında sərhədlərin delimitasiyası, bölgədə bütün kommunikasiyaların açılması və tərəflər arasında gələcək sülh sazişinin imzalanması istiqamətlərində yalnız sözdə açıqlamalar vermir, öz əməlləri və konkret addımları ilə söylədiklərini həyata keçirir. Uzun illər ərzində məhz Azərbaycan tərəfi, bölgədə normal münasibətlərin qurulmasının və bütün kommunikasiyaların açılmasının Ermənistana faydalı olacağını söyləyib. Ermənistan tərəfinin bunu nəhayət anlaması və baş nazirin “kommunikasiyaların açılması Ermənistana sərf edir” söyləməsi, Ermənistan rəhbərliyinin yeni yanaşması kimi diqqəti cəlb edir. Görünür, həqiqətlərin Ermənistan tərəfindən qəbul edilməsi bir qədər vaxt tələb edir. Ümid edirik ki, artıq reallığa çevrilən Zəngəzur dəhlizinin fəaliyyətinin səmərəliliyinin Ermənistan tərəfindən dərk edilməsi üçün böyük zamana ehtiyac qalmayacaq.

Üçtərəfli bəyanatlara gəldikdə, bu sənədlə tərəflərin üzərinə götürdüyü öhdəliklər və onların icrası göz qabağındadır. Sənədin iddialarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərinə diversant qüvvələr göndərən, Azərbaycan ərazilərindən qanunsuz silahlı birləşmələrini çıxarmayan, kommunikasiyaların açılmasını uzun müddət ərzində ləngidən Ermənistan bu bəyanatların icrasını kobud şəkildə pozur.

Ermənistan baş naziri, konkret hansı hala istinad etdiyinə aydınlıq gətirmədən “Azərbaycan tərəfinin ən azı bir halda görüşün keçirilməsini boykot etdiyini” söyləyir. Əgər, post münaqişə mərhələsində indiyədək beynəlxalq vasitəçilərin iştirakı ilə də təklif edilən və Ermənistan tərəfindən müxtəlif bəhanələrlə pozulan, habelə keçirilməsinə 1-2 saat qalmış təxribatlarla təxirə salınan görüşləri sadalamağa başlasaq, siyahı çox uzun olar.

Ermənistan həqiqətən sülh istəyirsə, səmərəlilik əmsalı hər zaman aşağı olan və hazırda üzvləri tərəfindən açıq şəkildə fəaliyyətinin qeyri-mümkünlüyü etiraf edilən bir formatı dirçəltməyə zaman sərf etməkdənsə öz siyasi iradəsini ortaya qoyub sülh istiqamətində konkret addımlar atmalıdır”.

Əvvəlki məqaləVeteranlara verilən müavinət 130 manata qaldırılsın – Deputat
Növbəti məqalədəƏlilliklə bağlı imtina alanlara xoş xəbər – Bu tarixdən qüvvəyə minir