Binəqədi Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib – FOTOLAR

0
53
bineqedi-seyyar-qebul-elxan-alahverdiyev.png
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yaşayan rayon sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Görüşdə iştirak edən qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, Elektron Hökümət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd etdi və rih.gov.az/ portalından istifadə etməlkə, müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin binada liftin yenilənməsi, suyun təzyiqinin aşağı olması və zirzəminin dezinfeksiya olunması, bəzi binaların qarşısında yerləşən ağacların budanması və oturaqların qoyulması, ictimai nəqliyyatın yenisi ilə əvəz olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 16 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 10 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 13 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "MANITUR NEVER" şəkili ola bilərBir 16 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləLaçınla bağlı xəbər Prezidentə belə məruzə edildi – VİDEO
Növbəti məqalədəAvropa çempionu Binəqədi rayonunda gənclərlə görüşəcək – ELAN