Avropa çempionu Binəqədi rayonunda gənclərlə görüşəcək – ELAN

0
52
bineqedi-gencler-evi
Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Fəxri qonaq” layihəsi davam edir.
Bineqedi.com xəbər verir ki, 29 avqust 2022-ci il tarixində Binəqədi Gənclər Evində keçiriləcək olan layihənin növbəti görüşü Azərbaycanlı sərbəst güləşçi, 2021 İslam Həmrəyliyi oyunlarının qalibi Mariya Stadnik ilə olacaq.
Xatırladaq ki, sərbəst güləşçimiz Avropa Çempionatının qızıl medallarını (2008, 2009, 2011, 2014, 2016, 2017) qazanıb, həmçinin 2015-ci ildə baş tutan I Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Tarix: 29 avqust
Saat: 16:00
Məkan: Binəqədi Gənclər Evi
Bir 1 nəfər və mətn şəkili ola bilər
Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib – FOTOLAR
Növbəti məqalədəAzərbaycan müharibə vaxtı Xankəndiyə niyə girmədi?