Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
117
elxan-allahverdiyev-bineqedi.png
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com xəbər verir ki, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin yaşayış binasının zirzəmisinin zəbt edilməsi, Ə.Naxçivani 27 saylı binanın həyətinin işıqlanması və Əcəmi Naxçıvani 33a saylı binanın həyətinin abadlaşdırılması , Azadlıq prospekti köməkçi yolda su axıntısının qarşısının alınması, vətəndaşın işlə təmin olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləPutin Prezident İlham Əliyevi təbrik etdi
Növbəti məqalədə“Prezident İlham Əliyev xalqımızın qələbə əzmini özünə qaytardı”