Putin Prezident İlham Əliyevi təbrik etdi

0
97
vladimir-putin-ilham-eliyev

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bineqedi.com xəbər verir ki, məktubun mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Dövlətlərimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin nizamlanmasına və möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Bizim etimada əsaslanan yoldaşlıq münasibətlərimizi səmimi-qəlbdən yüksək dəyərləndirirəm. Əminəm ki, biz ikitərəfli və regional gündəliyin aktual məsələlərinə dair sıx birgə işimizi davam etdirəcəyik.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar diləyirəm. Fürsətdən istifadə edib Sizin ailənizə ən səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.

Bineqedi.com

Əvvəlki məqaləSamir Nuriyev Fuad Nəcəflini Naxçıvan ictimaiyyətinə təqdim etdi – FOTOLAR
Növbəti məqalədəElxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR