Binəqədidə ağacın aşması səbəbindən avtobusların hərəkət sxemi dəyişdirildi

0
247
sekkizinci-mikrorayon

Bakıda ağacın aşması səbəbindən avtobusların hərəkət sxemi dəyişdirilib.

Bu barədə Bineqedi.com saytına Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, Tennis akademiyası yaxınlığında yolun hərəkət hissəsinə ağac aşması səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Bu səbəbdən həmin küçəyə daxil olan 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilib.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyəti başçısının 9-cu mikrorayonda səyyar qəbulu keçirildi – FOTOLAR
Növbəti məqalədəBinəqədidəki partlayışda ev sahiblərinə dəymiş zərəri kim qarşılayacaq? – VİDEO