Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 9-cu mikrorayonda səyyar qəbulu keçirildi – FOTOLAR

0
132
elxan-allahverdiyev-seyyar-qebul.png
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib.
Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildiriblər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin S. Məmmədova 207 saylı binanın zirzəmisinin dezinfeksiya olunması, ağacların budanması, köhnə liftlərin dəyişdirilməsi, məktəbin qarşısında tıxacın qarşısının alınması üçün şlaqbaum quraşdırılması, yaşayış binasına qrafiklə verilən suyun daimi verilməsi, 27 saylı şəhər poliklinikasının korpusun yenidən inşa edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bineqedi.com
Bir 6 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 12 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 10 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 1 nəfər, oturmalı, ayaqda və içəridə şəkili ola bilərBir 1 nəfər, oturmalı, ayaqda və içəridə şəkili ola bilərBir 17 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləBinəqədi rayon 244 saylı tam orta məktəbdə görüş keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə ağacın aşması səbəbindən avtobusların hərəkət sxemi dəyişdirildi