YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun rayonun ictimai-siyasi həyatında fərqlənən və doğum günləri olan fəal şəxslərlə görüşü keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, çay süfrəsi ətrafında keçirilən görüşdə Səfərova Nərminə Ağasəbi qızının, Namzaov İsgəndər Məmməd oğlunun və Hüseynov Fərhad İslam oğlunun doğum günlərini təbrik edən təşkilatın sədri V. İsmayılov onların rayonun ictimai siyasi həyatında, fəal iştirak etdiklərlərini vurğuladı.
Onun sözlərinə görə, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir.
Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb.
Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb.
Daha sonra həmin şəxslərə fəxri fərman təqdim olundu.
Göstərilən diqqət və qayğıya görə partiya rəhbərliyinə təşəkkür olundu.
Sonda xatirə şəkli çəkildi.
Bineqedi.com
























