“Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər vaxtı var”.
Bineqedi.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.
Onun sözlərinə görə, onlar qalan müddət ərzində müraciət edə bilərlər:
“Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı da texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”.
“Çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb və aidiyyəti üzrə təqdim edilib”.
Onun sözlərinə görə, region mediasının inkişafı ilə bağlı da diaqnostik icmal hazırlanmaqdadır: “Onu da bildirim ki, milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.
Azərbaycanda Media Reyestrinə daxil olmaq üçün 200-ə yaxın media subyekti müraciət edib.
Əhməd İsmayılovun sözlərinə görə, müraciət edən media subyektlərindən 160-a yaxını Media Reyestrinə daxil edilib. Hazırda da bu proses davam edir.
Ə.İsmayılov bildirib ki, 180-ə yaxın jurnalist isə Media Reyestrinə daxil edilib:
“Reyestrə daxil edilmək üçün jurnalistlərin müraciəti könüllüdür”.
“İstinadla bağlı məsələ hüquqi baxımdan həll edilib, qaydalara əməl etmək isə jurnalistlərin məsuliyyətidir”.
O qeyd edib ki, istinad qaydalarının pozulması ilə bağlı jurnalistlər özləri Media Agentliyinə müraciət etməlidir:
“Əgər jurnalist görsə ki, onun materialı hansısa saytda istinadsız verilib, bu halda Media Agentliyinə müraciət edə bilər və Agentlik məsələni araşdırıb tədbir görə bilər. Ancaq müraciət edilmədiyi halda Media Agentliyi hesab edir ki, bu məsələ tərəflər arasında razılaşdırılıb, müəllif yazının başqa saytda çıxmasına icazə verib”.

Bineqedi.com