Ərdoğan: “Bəşəriyyətin ən ciddi təbii fəlakətlərindən biri ilə üzləşmişik”

0
83
receb-tayyib-erdogan

“Bəşəriyyətin ən ciddi təbii fəlakətlərindən biri ilə qarşı-qarşıyayıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyədəki çıxışında deyib.

O bildirib ki, dövlət zəlzələdə dəyən ziyanın aradan qaldırılması üçün əlindən gələni edir: “Bütün imkanlarımızı səfərbər etmişik. Axtarış-xilasetmə tədbirləri davam edir”.

Türkiyə lideri, həmçinin iqtidarın gördüyü işləri tənqid edənlərə cavab verib: “Onlar əxlaqsızdır, namussuzdur. Bəzilərinin bizim fəaliyyətimizlə bağlı səsləndirdiyi iddialar yolverilməzdir. Vətəndaşlarımızın təxliyəsi davam edir. Bütün lazımi ehtiyaclar təmin edilir”.

R.T.Ərdoğan bildirib ki, zəlzələ bölgəsində 1 il ərzində bərpa işləri başa çata bilər.

Əvvəlki məqaləAvtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar
Növbəti məqalədəSosial şəbəkədə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs tutulub – VİDEO