Şuşa azaddır indi
Keçdi igid oğullar,
Sıldırım qayalardan.
Azad etdi Şuşanı,
Düşməndən, yağılardan.
**
Şuşam alınmaz qala,
Etibarlı əldədir.
Dəmir yumruq yerində,
Güc-qüvvət bizimlədir.
**
Üzeyirin, Vaqifin,
Ruhları şaddır indi.
Gözün aydın, Natəvan!
Şuşa azaddır indi.
*
Alıb Şuşadan ilham,
Qurub-yaradacağıq.
Tarix yazdı igidlər
Daima anacağıq…
Müəllif: Nicat İntiqam.

















