Şuşaya aid yeni şeir – Şuşa azaddır indi

0
982
susaya-aid-seir-shushaya-aid-ser-veten-muharibesine-aid-seir.png

Şuşa azaddır indi

Keçdi igid oğullar,
Sıldırım qayalardan.
Azad etdi Şuşanı,
Düşməndən, yağılardan.

**
Şuşam alınmaz qala,
Etibarlı əldədir.
Dəmir yumruq yerində,
Güc-qüvvət bizimlədir.

**
Üzeyirin, Vaqifin,
Ruhları şaddır indi.
Gözün aydın, Natəvan!
Şuşa azaddır indi.

*
Alıb Şuşadan ilham,
Qurub-yaradacağıq.
Tarix yazdı igidlər
Daima anacağıq…

Müəllif: Nicat İntiqam.

Əvvəlki məqaləPaşinyan ermənilərə Azərbaycan vətəndaşlığı təklif edib?
Növbəti məqalədə“Gənclərlə maraqlı görüş keçirdik” – FOTOLAR