Binəqədidə avtomobilin mühərrikini oğurlayan şəxs saxlanılıb

0
2003
altinci-polis-bolmesi

Bakıda avtomobilin mühərrikini oğurlayan şəxs saxlanılıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarına daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birində “Mercedes” markalı avtomobilin 2500 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Orxan Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləXİN: “Fransa ilə münasibətlər ən aşağı nöqtədədir”
Növbəti məqalədəAzərbaycan Ordusunun zabiti qətlə yetirildi – Saxlanılan var