Binəqədidə təhsil: 100 nömrəli məktəb barədə məlumatlar

0
343
bineqedi-rayonu-yuz-nomreli-mekteb

Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 100 nömrəli məktəb məzunu olmuş Namiq Fərəczadənin adını daşıyır. O, 1993-cü ildə Qarabağ uğrunda döyüşlərdə Ağdamda şəhid olub.

Bineqedi.info-nun məlumatına görə, məktəb 1930-cu ildən fəaliyyət göstərir. Məktəbin şagird tutumu 1310 nəfərlikdir. 2014-2015-ci tədris ilində məktəbdə 55 sinifdə 1408 şagird təhsilə cəlb olunub. Məktəb ixtisaslı müəllimlərlə tam təmin edilib. Məktəb iki növbədə fəaliyyət göstərir, 5 günlük iş rejimi ilə işləyir. Məktəb beynəlmiləldir.

bineqedi-rayonu-yuz-nomreli-mekteb1

2012-ci ildə məktəbimizdə əsaslı təmir işləri görülüb. 2013-cü il sentyabr ayında 400 nəfərlik yeni korpus inşa edilib istifadəyə verilib. Məktəbdə istilik, su, kanalizasiya və enerji təminatı normaldır.

Məktəb kompüterlərlə, elektron lövhələrlə təmin olunub.

Dərslərdə müasir təlim metodlarından, İKT vasitələrindən istifadə təhsilin keyfiyyətinə, şagirdlərin idrak və təfəkkürünün inkişaf etməsinə, onların vətəndaş kimi formalaşmasına müsbət təsir edir.

Məktəbdə şagird özünü idarəetmə orqanı fəaliyyət göstərir.

direktor-bineqedi-mekteb-gulnare-memmedova

Məktəbin direktoru Məmmədova Gülnarə İlyas qızıdır.

G. Məmmədova 1984-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini bitirib. İxtisası bioloq, biologiya və kimya müəllimi. 1989-2001-ci illərdə Xətai rayonu 138 №-li məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 01.03.2001-01.08.2001-ci ildə Binəqədi rayonu 135 №-li məktəbdə təlim- tərbiyə işləri üzrə direktor müavini işləyib.

bineqedi-rayonu-yuz-nomreli-mekteb2.jpg

02.08.2001-ci ildən Binəqədi rayonu 100 №-li məktəbdə direktor vəzifəsinə təyin edilib.

Hal-hazırda həmin məktəbdə direktor vəzifəsində işləyir. 2012-ci ildə “İKT-nin təhsilə tətbiqi və idarəetmə sistemləri”, 2013-cü ildə “Ümumi təhsildə kurikulum islahatı və onun idarəolunması”, 2013-cü ildə “Ən yeni texnologiyalara əsaslanan innovativ təlim üsulları”, 2015-ci ildə “İnteraktiv texnologiyalardan və elektron məzmundan istifadə” təlim kurslarını müvəffəqiyyətlə bitirib.

Məktəbin əlaqə telefonu:

012 – 412-43-25

Elektron poçt:

100mekteb@bakuedu.gov.az

Ünvan:

E. Rüstəmov küçəsi 24

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə 30 uşağa günərzi xidmətlər göstəriləcək
Növbəti məqalədəAzərbaycanın yeni Baş Naziri – Əli Əsədov oldu