Binəqədidə 30 uşağa günərzi xidmətlər göstəriləcək

0
45

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yeni layihənin icrasına başlayıb.
Bineqedi.info xəbər verir ki, layihə “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi”ni əhatə edəcək.

Layihə çərçivəsində Binəqədi rayonu üzrə 30 uşağa günərzi xidmətlərin göstəriləcək.
Layihənin müddəti 4 aydır. 11 sentyabr 2019-cu ildə başlayan layihə 11 yanvar 2020-ci ildə başa çatacaq.
Artıq layihənin icrası ilə bağlı təşkilatı işlər, avadanlqıların alınması prosesi yekunlaşıb və uşaqlar mərkəzə cəlb edilir.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə iki ev və maşın yanıb
Növbəti məqalədəBinəqədidə təhsil: 100 nömrəli məktəb barədə məlumatlar