Binəqədi rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

0
2497
bineqedi-yol-temir

Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 54B ünvanında yerləşən vətəndaş Azər Sabir oğlu Rzayevə məxsus avtomobil təmiri sexləri, restoran və mağazalarda aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, o cümlədən obyektin tələb olunan sahələrinə yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, avtomobil təmiri sexlərinin yağlı-sürtgü materiallardan təmizlənmədiyi, avtomobil təmiri sexləri və mağazaların tavan hissələrinə yanar material olan lambir quraşdırıldığı aşkar edilib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 54B ünvanında yerləşən avtomobil təmiri sexləri, restoran və mağazaların fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Əvvəlki məqaləMN: Ermənistana məxsus kvadrokopter Laçında kəşfiyyat uçuşları həyata keçirməyə cəhd edib
Növbəti məqalədəPrezident İlham Əliyev “Gənclik”dəki parkda görülən işlərlə tanış oldu – Fotolar