MN: Ermənistana məxsus kvadrokopter Laçında kəşfiyyat uçuşları həyata keçirməyə cəhd edib

0
3026
mudafie-nazirliyi.

İyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Bineqedi.com Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb”, – hərbi qurumun məlumatında qeyd olunub.

Əvvəlki məqaləTaksi sürücülərini çətin sınaq gözləyir: Yeni iş təklifinə razı olacaqlarmı?
Növbəti məqalədəBinəqədi rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb