Binəqədidə Vətən müharibəsi şəhidi Davud Qurbanovun xatirəsi anılıb – FOTO

0
3505
Şəhid Qurbanov Davud Tariyel oğlunun doğum günü ilə əlaqədar xatirə barelyefi ziyarət olundu.
Bineqedi.com xəbər verir ki, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Fərid Cəfərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Qasımov Osman və digərləri iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Qurbanov Davud Tariyel oğlu 15.02.1996-cı ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakı şəhər Binəqədi rayon Rizvan Pirnəzərov adına 299 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 2013-cü ildə həmin məktəbi bitirib və Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsalat Proseslərinin Avtomatlaşdırılması” fakültəsinə daxil olub. 2017-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib və 2017-2019-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistr təhsili alıb. “Space” və “Atv” telekanallarında montajçı vəzifəsində çalışıb.
01.10.2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmış və xidmət etdiyi müddətdə kiçik çavuş, sonradan çavuş rütbəsinə yüksəlib.
27 sentyabr 2020-ci ildən, yəni 2-ci Vətən müharibəsinin ilk günündən Vətənin keşiyində dayanıb və 03.10.2020-ci ildə torpaqların azad olunması uğrunda gedən döyüşlərdə Suqovuşan istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Davud Tariyel oğlu Qurbanov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunması uğrunda” medalları ilə təltif olunub.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Bir 6 nəfər və abidə şəkili ola bilər
Bir 4 nəfər, abidə və mətn şəkili ola bilər
Bir 14 nəfər şəkili ola bilər
Bir 4 nəfər şəkili ola bilər
Əvvəlki məqaləBu cərimələr 300 manatdan 800-ə qaldırılır
Növbəti məqalədəBinəqədidə mağazalardan ödəmə terminallarını oğurlayan şəxs saxlanılıb