Binəqədi Rayon İcra Hakimiyyəti , Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci Ərazi Dövlət Yanğına Nəzarəti İdarəsi və Xocəsən Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində ağacəkmə aksiyası keçirildi.
Bineqedi.com xəbər verir ki, aksiya “Konstitusiya və Suverenlik İli” çərçivəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olundu.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının I müavini Hacıbaba Babayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rauf Həsənov, FHN-nin Dövlət Yanğına Nəzarət Xidmətinin 1-ci ərazi Dövlət Yanğına Nəzarət İdarəsinin rəisi, daxili xidmət mayoru Mehti Mehtizadə və İdarənin əməkdaşları, Xocəsən qəsəbə icra nümayəndəliyinin və Xocəsən Bələdiyyəsinin məsul şəxsləri iştirak etdilər.
Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməkdir.
Aksiyada torpaq-iqlim şəraitinə uyğun seçilmiş ağac növləri əkildi, onlara müvafiq aqrotexniki qulluq göstərildi. Ümumilikdə 300 ədəd müxtəlif növ ağac və mövsümi güllər əkildi.
Bineqedi.com




