Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
2581

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Bineqedi.com xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Məmmədov küçəsi 87 ünvanında “Azəristilik ASC” tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası, A. Məmmədov küçəsi 56 ünvanında yeni salınmış yaşıllıq sahəsinə oturacaqların yerləşdirilməsi, M. Cəlal küçəsi 119 saylı binanın zirzəmisində kanalizasiya xəttlərinin təmir olunması, H. Babaşov küçəsi 19 ünvanının yaxınlığında “Azərsu ASC” tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası, S.Məmmədova küçəsi 201 ünvanında zirzəminin dezinfeksiya olunması, İ.Həşimov küçəsi 6/A saylı binanın zirzəmisindən suyun çəkilməsi və dezinfeksiya olunması, M. Cəlal küçəsi 35 ünvanında girişlərin və zirzəminin dezinfeksiya olunması, M.Cəlal küçəsi 51 ünvanının yaxınlığında yerləşən “ABAD” həyətdə mövcud işıq dirəklərində sıradan çıxmış lampaların dəyişdirilməsinə köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə aztəminatlı ailələrə bayram sovqatı paylanıb – FOTO