“Hörmətsizlik etməmək üçün götürdüm” – Valideynlərin üzük aldığı müəllim

0
2101

Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası alması ilə bağlı görüntülər yayılıb və müəllimə Günel Məmmədovaya töhmət verilib.

Bineqedi.com “teleqraf”a istinadən xəbər verir ki, adıçəkilən müəllim də iddialara cavab verib.

O, valideynlərin bu addımından son anda xəbəri olduğunu deyib. Hədiyyəyə gəldikdə isə onu valideynlərə hörmətsizlik olmasın deyə qəbul etdiyini bildirib.

“Məndən xahiş etdilər ki, tədbirlərinə qatılım. Mən də onların könlünə dəyməmək üçün orada iştirak etdim. Hədiyyəni də valideynlərə hörmətsizlik etməmək üçün götürdüm. Bu həddə çatacağını bilsəydim, götürməzdim”, – deyə görüntüsü yayılan Günel Məmmədova deyib.

hormetsizlik-etmemek-ucun-goturdum

Əvvəlki məqaləElxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO
Növbəti məqalədəLeyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə təqdim olunub