Binəqədidə Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib – FOTO

0
2891
Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində 17 İyun – “Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə tədbir keçirildi.
Bineqedi.com-a verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov, Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin direktoru Müşviq Mirzəyev, Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyev və Binəqədi rayonu ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin məsul əməkdaşları iştirak etdilər.
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova səhiyyə işçilərini 17 İyun-“Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə təbrik edərək, qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar, milli səhiyyə sistemimizin sürətlə müasirləşirməsi, vətəndaşlarımızın dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanması əhalinin sağlamlığının etibarlı təminatına xidmət edir. Müasir tibb mərkəzlərinin açılması, köhnə tibb ocaqlarının yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunması, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Heydər Əliyev Fondu və onun rəhbəri-Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli üçün icra edilən proqramlar əhalinin, xüsusən də gənc nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Sonda tədbirdə iştirak edən səhiyyə işçiləri adından çıxış edənlər-Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin direktoru Müşviq Mirzəyev, Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyev tibb müəssisələrində yaradılan şəraitə və səhiyyə işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.
Tədbirin sonunda bir qrup tibb işçisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı və hədiyyələr ilə təltif olundular.
Bir 4 nəfər, xəbər otağı, platforma və mətn şəkili ola bilər
Bir 14 nəfər və mətn şəkili ola bilər
Bir 3 nəfər və mətn şəkili ola bilər
Bir 3 nəfər, xəbər otağı və mətn şəkili ola bilər
Əvvəlki məqaləMostbet ile yuksek oran avantajlari
Növbəti məqalədəSweet Bonanza Hilesi: Oyun İncelemesi