Bakının su təminatı nə vaxt tam bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA

0
2109
su olmayacaq

“Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə ötürülən su Bakı şəhəri və Abşeron yarımadasının mərkəzi su anbarlarına dolmaqdadır”.

Bineqedi.com xəbər verir ki, bu barədə Trend.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Bildirilib ki, xəttə aparılan təmir işləri ərazində mövcud, həmçinin ehtiyat anbarlardan istifadə nəticəsində suyun səviyyəsində ciddi azalma müşahidə olunduğu üçün hazırda həmin anbarların doldurulması prosesi icra edilir.

“Anbarların lazımi həcmdə su ilə təmin olunmasından sonra abonentlərə suyun ötürülməsi mərhələli şəkildə bərpa olunacaq”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, iyunun 16-dan etibarən Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının əksər ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranıb.

ADSEA Oğuz-Qəbələ-Bakı su kəmərində işlər yekunlaşdıqdan sonra suyun 20 iyun tarixindən əvvəlki rejimlə verilməsi bərpa olunacağını bildirib.

Əvvəlki məqaləPrezidentin Ermənistana çağırışı: Qərbi azərbaycanlıların hüquqlarına hörmət edin – ŞƏRH
Növbəti məqalədəBakıda DƏHŞƏTLİ qəzanın ANBAAN VİDEOSU: Özünü avtomobilin önünə atdı