Bakıda DƏHŞƏTLİ qəzanın ANBAAN VİDEOSU: Özünü avtomobilin önünə atdı

0
2994
bineqedi-piyada-qeza-yol

Bu gün saat 11 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “ASK Arenanın” qarşısında ağır yol qəzası baş verib.

Bineqedi.com DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, 10 zolaqlı yolun hərəkət hissəsindən keçən iki piyadadan birini avtomobil vurub.

Piyada hadisə yerində həyatını itirib.

Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaransa da, polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində hazırda avtomobillərin sərbəst hərəkəti təmin edilib.

 

Əvvəlki məqaləBakının su təminatı nə vaxt tam bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA
Növbəti məqalədəBaş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaş müraciətlərini dinləyəcək