Binəqədidə “Narkotiksiz gələcək naminə” mövzusunda görüş keçirilib – FOTO

0
9094
Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 314 № li tam orta məktəbdə “Narkotiksiz gələcək naminə” mövzusunda maarifləndirici görüş keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsa Həbibzadə, Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Cavid Usubov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, polis mayoru Kamil Məmmədov, Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli, bölmənin baş inspektoru, polis mayoru Cəfər Adıgözəlov, inspektor, polis kapitanı Nərmin Məmmədova, 314 № li tam orta məktəbin direktoru Səfa Xəlilov və məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 314 nömrəli tam orta məktəbin direktoru Səfa Xəlilov qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov çıxışında qeyd etdi ki, ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış və institusional islahatlar həyata keçirilmişdir. Bir sıra təşkilati-hüquqi və əməli praktiki tədbirlər həyata keçirilməklə bərabər, həmçinin qlobal bəla ilə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak da intensiv xarakter almışdır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd etdi ki, narkomaniya müasir cəmiyyətin ən ciddi sosial problemlərindən biridir. Ölkəmizdə narkomaniyanın ailələrə və cəmiyyətə vurduğu zərər bu mübarizənin nə qədər vacib olduğunu göstərir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa qarşı mübarizə ümumdövlət və ümumxalq vəzifəsi kimi müəyyən edilmişdir. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.
Növbəti çıxış edənlər-Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsa Həbibzadə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək, rayon polisi tərəfindən narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində müxtəlif əməliyyat tədbirlərinin həyata keçirilməsi, bundan sonra da narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirilməsi işinin vacibliyini vurğuladılar.
Tədbir şagirdləri maraqlandıran sualların təşkilatçılar tərəfindən ətraflı cavablandlrmaqla müzakirə formatında davam etdi.
Şəkilin açıqlaması yoxdur.
Bir bir və ya daha çox şəxs və platforma şəkili ola bilər
Bir platforma və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, döyüş sənətləri ilə məşğul olan insanlar və klarnet şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər
Əvvəlki məqalə22 qadın azadlığa çıxır – 2-si övladı ilə birlikdə – Foto
Növbəti məqalədəPrezident Rusiyadakı Zirvə görüşündə iştirak etməyəcək – Səbəb açıqlandı