Səfərbərlik Xidmətindən 20 günün əsgərinin ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA – FOTO

0
9879

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət keçən əsgər Hüseyn Əsədov ötən gün vəfat edib.

Bineqedi.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, 20 gün əvvəl hərbi xidmətə çağırılan əsgər artıq Binə qəbiristanlığında torpağa tapşırılıb.

Hüseyn Əsədovun ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, onun hərbi xidmət zamanı xəstəliyə tutulduğu iddia edilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, fakt üzrə cinayət işi başlanıb və hazırda istintaq aparılır. İstintaqın nəticəsindən asılı olaraq prosesual qiymət veriləcək.

Səfərbərlik Xidmətindən 20 günün əsgərinin ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA - FOTO

Səfərbərlik Xidmətindən 20 günün əsgərinin ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA - FOTO

Əvvəlki məqaləBakı metrosunda mühüm YENİLİK: Sərnişinlər boş vaqonları öncədən görə biləcəklər
Növbəti məqalədəBu şəxslərə 6 aylıq maaş birdəfəlik VERİLƏCƏK