Bakı metrosunda mühüm YENİLİK: Sərnişinlər boş vaqonları öncədən görə biləcəklər

0
9877
metro

“Müasir nəsil vaqonlarımızda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb”.

Bineqedi.com xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov “Trend”ə və “Azad Azərbaycan” televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, qatar platformaya yaxınlaşarkən sərnişin qabaqcadan biləcək ki, qatarın hansı vaqonu nisbətən boşdur.

“Hazırda “AYNA MaaS” proqram təminatında Bakı Metropoliteninin qatar intervalları göstərilir. Sərnişinlər həmin proqram vasitəsilə A nöqtəsindən B nöqtəsinə getmək üçün mikrohərəkətlilik, avtobus və metro xidmətlərindən birgə istifadə edə bilərlər. Bu məlumatlar “Google Maps”ə də inteqrasiya olunub. Müasir nəsil vaqonlarımızda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb; hazırda test rejimini davam etdiririk. Qatar platformaya yaxınlaşarkən sərnişin qabaqcadan biləcək ki, qatardakı beş vaqondan hansı nisbətən boşdur. Hal-hazırda əsas problem sərnişinlərin platformada qeyri-bərabər paylanmasıdır – nəticədə qatarın bəzi vaqonlarında sıxlıq olur, bəziləri isə yarıboş qalır. Bu məlumatı həm elektron tabloda, həm də mobil tətbiqdə əks etdirməyi planlaşdırırıq. Dördüncü nəsil qatarlarımızda bu həll hazır olacaq; üçüncü nəsil vaqonlar üçün isə əlavə avadanlıq quraşdırmaq lazım gəlir”.

Əvvəlki məqaləBakıdakı piyada keçidlərində eskalator və liftlər yenilənəcək
Növbəti məqalədəSəfərbərlik Xidmətindən 20 günün əsgərinin ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA – FOTO