Tamștatlı müəllimlər sertifikasiya olunmayacaq – Nazir

0
8914
emin-emrullayev-tehsil-naziri

“Mərhələli şəkildə 20 min tamștatlı müəllim vəzifəsi yaradılacaq. Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar”. 

Bineqedi.com xəbər verir ki, bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir növbəti mərhələlər barədə açıqlama verib: “Uğurlu nəticə əldə edənlər tamştatlı müəllimlər və maaşına əlavə alan saathesabı işləyən müəllimlər olacaqlar. Uğursuz nəticəsi olanlar isə köməkçi müəllimlər olacaq, yaxud əmək müqaviləsinə xitam veriləcək”.

“İbtidai sinif kök bünövrədir. Siz o bünövrəni tikmədən üstünə nə qədər bahalı daş qoyursunuzsa qoyun, bina aşacaq, uşaq da dözməyəcək”.

Bunu “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

“Biz dördüncü siniflərə baxanda görürük ki, bəzi siniflərdə 50, 60, 70 faiz uşaq var ki, minimal standarta cavab vermir. Əksər siniflər belə deyil. Amma belə siniflərin sayı beş deyil, yüzlərlədir. Bizə lazımdır ki, ibtidai təhsil güclənsin və ibtidai təhsildən gələn uşaqların hazırlığı elə olsun ki, digər müəllimlər də onlarla işləyə bilsinlər. Bu, birinci prioritetimizdir.

İkinci prioritetimiz ondan ibarətdir ki, hər bir uşağın arxasınca düşüb onu izləmək lazımdır. İlk növbədə də zəif nəticə göstərən uşaqların arxasına düşmək lazımdır, yoxsa bir yerdən sonra onları geri qaytarmaq olmur. 8-ci, 9-cu sinifdə ayılanda ki, uşaq heç olmasa ibtidai sinfin məsələsini həll eləyə bilmir, ona nə siz, nə mən, nə heç kim, heç nə eləməyəcək. O, sonra bir həyat boyu bizim yanımızda yaşamalıdır. Adam 75 il, 85 il yaşayır. Həmin adam da ondan sonra bir 60 il də sizinlə bir yerdə yaşayacaq. Hər il belə adamların sayı 20 min, 30 min, 40 min olanda, siz başa düşməlisiniz ki, sizin, bizim cəmiyyətə buraxdığımız məhsul nədən ibarətdir və onun hansı təzahürləri olacaq”.

“Bizim sistemimizdə olan problemlərin həlli uzun yol tələb edir. Məsələn, məktəb direktoru problemini həll etməliyik. Bizim üçün əsas məsələlərdən biri müəssisə rəhbərlərini seçmək, uyğun adamları tapmaq, onları müəssisə rəhbəri təyin etməkdir”.

“Hər bir yaxşı müəllimdən mütləq yaxşı direktor çıxacaq deyə bir şey yoxdur. Mən həmişə deyirəm ki, biz bir çox hallarda yaxşı müəllimlərimizi direktor təyin edirik. Nəticədə isə təhsil sistemi üçün iki mənfi hal olur: bir yaxşı müəllim azalır, bir pis direktor artır. O nöqteyi-nəzərdən çox vacibdir ki, məktəblərimizin idarəetməsində bacarıqlı, vicdanlı, düzgün, savadlı insanlar olsun.

Biz anlayırıq ki, yaxşı direktor üçün mütləq yaxşı direktor müavinlərimiz olmalıdır. Amma problem ondadır ki, biz zaman etibarilə heç direktor müavini seçimimizi də cilalamamışıq. Yaxşı direktor müavini olması üçün yaxşı metodistlər olmalıdır. Yaxşı metodistlər yaxşı müəllimlərdən seçilməlidir”, – nazir əlavə edib.

neticede-bir-yaxsi-muellim-azalir-bir-pis-direktor-artir

“2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 4 dəfəyə qədər artıb”.

Nazir qeyd edib ki, ölkə üzrə 1426 müəllim 2000 manat və daha artıq maaş alır.

“2026-2027-ci tədris ili üzrə sertifikasiyadan sonra müəllim heyətinin orta aylıq maaşı 1030 manatdır. Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üzrə (35% əlavə alanlar 30 590 nəfər 1300 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10 % əlavə alanlar) – 60 818 nəfər 1010 manat, sertifikatlaşmada iştirak etməyən və birinci cəhddə uğur qazanmayan heyət üzrə – 23 984 nəfər 770 manat əməkhaqqı alır”, – E.Əmrullayev əlavə edib.

“Bakı şəhərində, bölgələrdə xeyli sayda repetitorlarımız var ki, onların aylıq orta gəliri ölkədə olan orta əməkhaqqıdan qat-qat yuxarıdır. Belə adamların sayı az deyil”.

Nazir qeyd edib ki, bizdə 90-cı illərdən yazıq müəllim anlayışı, imici qalıb ki, müəllim yazıqdır. Əslində müəllimə yazıq kimi baxılmamalıdır: “Mənə görə müəllim yazıq deyil, peşəkardır. Müəllim bacarıqlıdır, gəlin o psixikanı dəyişək. Biz nə qədər müəllimimizi özümüz, müəllim özü, ətrafdakı insanlar yazıq adam kimi təqdim edəcəksə, müəllim də özünü yazıq görəcək, deyəcək yazığam axı mənə bir güzəşt edin.

Elə yazıq adamdan hələ hörmətli nəsil necə yetişdirəcəksiniz? Ona görə müəllim yazıq deyil, mənim anlayışımda bizim müəllimlərimiz qürurlu insanlardır. Ona görə o yazıqlıq məsələsi, məncə, keçmişdə qalıb artıq, növbəti nəsil müəllimlərimiz özlərini yazıq kimi görməməlidirlər. Çünki müəllim niyə yazıq olsun ki? İş yeri var, əməkhaqqısı var, uşaqlarla işləyir, ölkə üçün çox faydalı bir işlə məşğuldur. Ətrafdakılar da onlara yazıq kimi baxmamalıdırlar. Müəllimin əməkhaqqısı ölkədə aşağı məbləğ deyil. Bunu rəqəmlərlə göstərə bilərik”.

Əvvəlki məqaləBinəqədidə şəhidin məzarı ziyarət olunub – Foto
Növbəti məqalədəYaşayış yerlərindən imtina edənlər köçkün statusunu itirəcək