Ötən gecə Bakı metrosunun “Azadlıq Prospekti” stansiyasında problem yaşanıb.
Bineqedi.com oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
İddialara görə, saat 23:48-də stansiyanın platformasında olan sərnişinlər ərazidən çıxarılıblar.

“İyulun 29-da saat 23:55-də Bakı metropolitenini qidalandıran yüksəkgərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən “yaşıl xətt”in “Memar Əcəmi” – “Dərnəgül” sahəsində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.
Operativ görülmüş tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib və Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirib”, – deyə B. Məmmədov bildirib.

















