Metronun “Azadlıq Prospekti” stansiyasından sərnişinlər niyə çıxarılıblar?

0
9089
metro

Ötən gecə Bakı metrosunun “Azadlıq Prospekti” stansiyasında problem yaşanıb.

Bineqedi.com oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

İddialara görə, saat 23:48-də stansiyanın platformasında olan sərnişinlər ərazidən çıxarılıblar.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

Metronun Azadlıq Prospekti stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO

“İyulun 29-da saat 23:55-də Bakı metropolitenini qidalandıran yüksəkgərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən “yaşıl xətt”in “Memar Əcəmi” – “Dərnəgül” sahəsində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.

Operativ görülmüş tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib və Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirib”, – deyə B. Məmmədov bildirib.

Əvvəlki məqaləAli məktəblərə qəbul üçün ixtisas seçiminin başlayacağı TARİX BİLİNDİ