Azərbaycanda bu şəxslərin MAAŞ və PENSİYALARI ARTIRILIR

0
9092

Azərbaycanda hərbçilərin maaş və pensiyası artırılır.

Bineqedi.com Ölkə.az-a istinadla xəbər verir ki, bununla bağlı qanunvericiliyə dəyişikliklər edilir.

Dəyişikliklər layihəsi Milli Məclisə daxil olub və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sentyabrın 25-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Layihə bir sıra qanunlara dəyişikliklər edilməsini nəzərdə tutur. Məqsəd hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır.

Hərbi ekspert Ədalət Verdiyev də bildirib ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının maaş və pensiyaları qabaqcıl beynəlxalq sistemə uyğunlaşdırılır.

“Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır. Nəhayət ki, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq. Maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq. Müdafiə Nazirliyinin hərbçilərinin maaşları orta hesabla 25%-ə yaxın və daha çox artır. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənir, maaşlarda rütbə maaşının həcmi isə 70%-ə qaldırılır. Müdafiə Nazirliyinin hərbçilərinin pensiya təminatı mexanizmi də təkmilləşir və tam rəqəmsallaşdırılır.

Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində bu, lap yerinə düşəcək.

Güclü sosial təminat Müzəffər Ordumuzun haqqıdır ki, var!” – Ə.Verdiyev vurğulayıb.

Əvvəlki məqaləAzərbaycanda həcc ziyarəti qonşu ölkələrdən NİYƏ BAHADIR? – SƏBƏB AÇIQLANDI
Növbəti məqalədəBinəqədi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir – FOTO