Binəqədinin İcra başçısının “Açıq qapı” formatında növbəti səyyar qəbulu keçirilib – Fotolar

0
62
bineqedi-qebul

8-ci mikrorayon ərazisində yerləşən 102 saylı MKİS-in inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sakinlərlə “Açıq qapı” formatında səyyar qəbulu keçirilib.

Bineqedi.info saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə iştirak edən sakinlər daha çox onları narahat edən məsələlərlə bağlı müraciət edərək, yaşadıqları binanın həyətinin abadlaşdırılmasını, istilik təchizatında mövcud problemlərin aradan qaldırılmasını, əraziyə asfalt örtük vurulmasını və s. xahiş ediblər.
İcra Hakimiyyətinin başçısı bildirib ki, rayonun digər ərazilərində olduğu kimi, mikrorayonlarda da mövcud qlobal problemlərin mərhələli şəkildə həlli istiqamətində zəruru tədbirlər cari ildə də davam etdirilir. Belə ki, təsdiq edilmiş tədbirlər planları çərçivəsində 2020-ci il ərzində də abad məhəllələrin salınması, binaların liftlərində mövcud problemlərin aradan qaldırılması və s. istiqamətində əməli işlər görüləcəkdir.

bineqedi-qebul

bineqedi-qebul

Əvvəlki məqaləBinəqədidə mebel sexi və taxta materialları yanıb
Növbəti məqalədəBinəqədinin 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində yığıncaq keçirilib – Fotolar