Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 200 m² olan mebel sexinin dam örtüyünün taxta atmaları və içərisindəki taxta materiallar yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Bineqedi.info saytına məlumat verilib. Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.