Cari ilin sonunadək Bakının Binəqədi rayonunda yeni peşə təhsili mərkəzi istifadəyə veriləcək.
Bineqedi.info xəbər verir ki, bu layihənin icrasına dair Koreya Respublikası İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə kredit sazişi imzalanıb.
Min nəfərdən çox tələbə potensialı olan peşə mərkəzinin öz kampusu, yataqxanası, tədris korpusları olacaq.
Burada Koreya təhsil proqramları və standartları ilə təhsilin keçirilməsi nəzərdə tutulur.