Binəqədidə bu şəxslərə xəbərdarlıq edilib

0
72

İctimai təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədi ilə əməliyyat-profilaktik və maarifləndimə tədbirləri davam etdirilib.

Daxili İşlər Nazirliyindən Bineqedi.info-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədi ilə əməliyyat-profilaktik və maarifləndimə tədbirləri Binəqədi rayonunda da baş tutub.

Tədbir zamanı nəqliyyat axınının intensiv olduğu yollarda sürücü və piyadaların maarifləndirilməsi ilə bağlı fərdi söhbətlər aparılıb. Piyada keçidlərindən istifadə etməyən şəxslərə xəbərdarlıq edilib.

Həmçinin sərnişin və yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək saxlanılıb. Bu sürücülərlə maarifləndirici söhbətlər aparılaraq onlara yol hərəkəti qaydalarının müvafiq bəndləri izah edilib.

Tədbir zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər də müəyyən edilib. Həmin piyadalara izah edilib ki, yol polisinin əsas məqsədi piyada keçidlərindən istifadə etməyən şəxsləri inzibati qaydada cərimələmək yox, onlara təhlükəsizlik vərdişlərinin aşılanmasından ibarətdir. Bu səbəbdən həmin piyadalara bir daha yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçməmələri barədə xəbərdarlıq edilib.

Həmçinin şöbə əməkdaşları təbliğat işlərini gücləndirmə məqsədi ilə piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparıblar. Sürücülərin diqqətinə çatdırılıb ki, xüsusilə piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park edilməsi inzibati xəta tərkibi yaradır. Səkilərin zəbt edilməsi piyadaların yolun hərəkət hissəsinə çıxmasına və beləliklə də onların həyatlarını təhlükə qarşısına qoyması ilə nəticələnir.

Profilaktik tədbir zamanı nəqliyyat vasitəsini sərxoş halda idarə edən və yol polsinin qanuni tələbinə tabe olmayan sürücülər də saxlanılıb və hərəkətdən kənarlaşdırılıblar. Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib.

DİN bildirir ki, paytaxt ərazisində profilaktik, eləcə də maarifləndimə tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Əvvəlki məqaləBinəqədidə daşınmaz əmlakın icbari sığortası üzrə tədbir keçirilib
Növbəti məqalədəBinəqədidə azyaşlı xilas edildi