Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 12 Noyabr Konstitusiya Günü münasibətilə tədbir keçirildi.
Bineqedi.info-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva açaraq qeyd etdi ki, bu gün müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisənin, ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.
Sonra Binəqədi rayon 144 nömrəli tam orta məktəbin tarix müəlliməsi Mədinə Əsgərova çıxış edərək Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının yaradılması haqqında geniş məlumat verdi.
Sonda məktəbliləri maraqlandıran sualları cavablandırdı.
Ev Manşet