Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Səkkizinci mikrorayon ərazisində 1968-ci il təvəllüdlü Cəbrayılova Adilə Firudin qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı-kəllə beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.