Binəqədinin qəhrəman oğlu – şəhid Murad Teymurşah oğlu Məmmədli

0
226
bineqedi-sehid-memmedli-murad-teymursah-oglu
Murad Teymurşah oğlu Məmmədli 27 yanvar 1996-cı ildə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində dünyaya göz açmışdı.
Bineqedi.info xəbər verir ki, 144 nömrəli tam orta məktəbdə orta təhsilinə başlamış və 2012-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə qəbul olmuşdu. İxtisasca maşinist idi. Muradın ən böyük arzularından biri ixtisası üzrə ali təhsil alıb, Bakı Metropolitenində maşinist işləmək idi. 2014-cü ildə həqiqi hərbi xidmətə yollanır və 2016-ci ildə hərbi xidmətin təşəkkürnamə ilə başa vurur.
Murad Məmmədli 21 sentyabr 2020-ci ildə səfərbərlikdən hərbi xidmətə, təlimlərə çağrılır. 27 sentyabr müharibə başlayandan o, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edərək 21 Oktyabr 2020-ci ildə Şəhidlik zirvəsinə ucalıb. Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məmmədli Murad Teymurşah oğlu ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Bineqedi.info
Əvvəlki məqaləSəhiyyə Nazirliyi: “Omikron” ştamının törətdiyi yeni dalğanı müşahidə edirik”
Növbəti məqalədəBinəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə voleybol turniri keçirilib – FOTOLAR