Binəqədi Rayon İcra Hakimiyyətində yeni TƏYİNAT

0
55

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Əmri ilə Hacıbaba Adil oğlu Babayev Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

Bineqedi.info-ya verilən məlumata görə, Hacıbaba Adil oğlu Babayev 01.01.1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olmuşdur. 1985-ci ildə orta məktəbə getmişdir. 1993-cü ildə N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1996-cı ildə Texnikumu Mühasibat uçotu ixtisası üzrə bitirmişdir. 1996-2000-ci illərdə Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil almış, 2000-2002-ci illərdə Universitetin magistratura pilləsini bitirmişdir. 2002-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin kəşfiyyat batalyonunda müddətli həqiqi hərbi xidmət keçmiş və çavuş rütbəsi ilə ordudan tərxis olunmuşdur.

2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsinə təyin olunaraq, əmək fəaliyyətinə başlamış, 26 yanvar 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışmış, 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə yiyələnmişdir.
2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin qiyabi şöbəsini “iqtisadiyyatı tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Fəaliyyəti dövründə müxtəlif dərəcəli Fəxri Fərman, Təşəkkürnamə, və Diplomlarla təltif edilmişdir. 15 oktyabr 2018-ci il tarixində “Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə uşaq bağçasında seyfdən 1000 manat oğurladılar – Video
Növbəti məqalədəBinəqədidə dəmiryol stansiyasında ahıl kişinin başına daşla xəsarət yetirilib – VİDEO