Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonunun 9-cu mikrorayon ərazisindəki 13 hündürmərtəbəli yaşayış binasının liftlərindən elektrik naqillərini və müxtəlif texniki avadanlıqlarını sökərək oğurlamaqda şübhəli bilinən Ağsafa rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş S. Rzayev saxlanılıb.
Bineqedi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Bineqedi.info