Binəqədidə 62 yaşlı kişi yanaraq ölüb

0
86
tikinti-olum-qetl

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Bineqedi.info xəbər verir ki, barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1960-cı il təvəllüdlü Abbasov Nadir Ağadadaş oğlunun (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə musiqi məktəbində Novruz şənliyi keçirilib
Növbəti məqalədəBinəqədidə oğurluqda şübhəli bilinən şəxs saxlanıb