Binəqədidə abadlıq-təmizlik işləri davam etdirilir – FOTOLAR

0
72
bineqedi-imecilik-binagadi-abadliq-quruculuq3.jpeg
Ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısının Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyələr, rayon ərazisində fəaliyyət göstərən özəl müəssisələr və iaşə obyektləri, həmçinin Mənzil-kommunal təsərrüfat birliyinin bütün qüvvəsi intensiv və təxirəsalınmaz təmizlik işlərinə cəlb olunub.
Bineqedi.info saytına verilən məlumata görə, abadlıq-təmizlik işləri zamanı parklar, məhəllələr arası istirahət sahələrində eləcə də magistral yolların kənarlarında təmizlik işləri aparılır. Yol kənarında hərəkətə mane olan irigövdəli ağaclar budanır, dibləri yumşaldılır, həmçinin ərazidə olan bütün ağaclar suvarılır. Binaların qarşısında olan istirahət guşələrindəki oturacaqlar təmir edilir, yollardakı çalalar hamarlanır, parklara gül kolları əkilir. Bundan əlavə iməcilik zamanı ağacların dibi, yol kənarları quru otlardan təmizlənir, ağacların quru budaqları budanaraq gövdəsi ağardılır, əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilir.
Eyni zamanda rayon ərazisində yerləşən ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri, küçələrdə səkilər, işıq dirəkləri yuyulur, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılır, bir sıra yerlərdə hasarlar rənglənir, məişət tullantıları konteynerləri təmir-bərpa edilir. Bununla yanaşı dezinfeksiya işləri aparılır.
Keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Bineqedi.info
Bir 11 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
Bir 9 kişi, ayakta duran insanlar ve yol görseli olabilir
Bir 16 kişi, ayakta duran insanlar ve sokak görseli olabilir
Bir 12 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
Bir 8 kişi, açık hava ve ağaç görseli olabilir
Bir 8 kişi ve açık hava görseli olabilir
Bir 10 kişi görseli olabilir
Bir 6 kişi, ayakta duran insanlar, çim ve ağaç görseli olabilir
Bir 9 kişi ve ayakta duran insanlar görseli olabilir
Əvvəlki məqaləErmənistan ordusu Tovuzu atəşə tutub
Növbəti məqalədəYeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri yazır – MƏQALƏ