Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 6-10 aprel tarixlərində Bakı Bulvarında “Sağlam həyat” günləri keçirilir.
Bineqedi.info xəbər verir ki, bu gün Binəqədi rayonundan olan gənclər və könüllülərimiz “Sağlam həyat” günlərində iştirak etməklə öz yaş qrupları üzrə idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınayıblar.
Gənclərimizə göstərdikləri nəticələrə müvafiq olaraq “qızıl”, “gümüş” və “bürünc” sertifikatlar təqdim edilib.
Siz də “Sağlam həyat” günlərində iştirak etməklə öz yaş qrupunuz üzrə idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarınızı sınaya bilərsiniz.
Sınaqlar 11 müxtəlif yaş qrupu üzrə təşkil edilir.
İdman zonaları: qaçış, yerindən uzunluğa tullanma, ağırlıqqaldırma, turnik, top atma, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi (“jim” və “press”).
İştirak etmək üçün öncədən qeydiyyata ehtiyac yoxdur. Saat 10.00-18.00 arasında Bakı Bulvarındakı Saat Qülləsinin yanına gəlmək yetərlidir.
Bineqedi.info





















