Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilib.
Bineqedi.info saytının məlumatına görə, müsabiqənin keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün qeyd olunması, böyüməkdə olan gənc nəsil arasında Heydər Əliyev irsini təbliğ etmək və istedadlı şagirdlərin üzə çıxarılması olub.
Mükafatlanma tədbirində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov iştirak edib.
İştirakçılara müvafiq dərəcəli diplomlar, fərqlənmə və təşəkkürnamələr verilib.
Məlumat üçün bildiririk ki, müsabiqənin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı şəhəri üzrə keçiriləcək inşa-yazı müsabiqəsində Binəqədi rayonunu təmsil edəcəklər.
Bineqedi.info













