Azərbaycanda tədrisin yeni forması yaradılır – Təhsil naziri Emin Əmrullayevdən açıqlama

0
90
emin-emrullayev-tehsil-naziri

“Azərbaycanda da distant tədris formasının olması istiqamətində işlər görülür”.

Bineqedi.info xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təhsilin bu və ya digər şəkildə tanınması üçün zəruri şərt həmin proqramın akkreditasiya olunmasıdır: “Azərbaycanda hazırda keyfiyyət təminatı almış distant tədris proqramı yoxdur. Bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə işlər görülür”.

“Distant təhsil tədrisin yalnız formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir. Yəqin ki, zamanla bu istiqamətdə təhsil sistemi olaraq irəliyə doğru gedəcəyik. Amma heç bir formatda distant təhsilin diplom paylanılması və ya qeyri-qanuni diplom alınmasına çevrilməsini istəmirik. Əgər bunu edəcəyiksə, dünya miqyasında qəbul olunmuş standartlar çərçivəsində etməyi düşünürük”, – nazir vurğulayıb.

“Uşaq bağçalarında diqqət göstərdiyimiz əsas məsələ uşaqların davamiyyətidir ki, bu göstəricilər ümumilikdə qənaətbəxşdir”.

Nazir bildirib ki, uşaq bağçaları arasında yenə də problemli müəssisələr var: “Lakin bu gün həm də işçilərin işə davamiyyəti də gündəmdədir. Hazırda uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaratmağı planlaşdırırıq. Çünki belə sistem olmadıqda uşaq və müəllim sayını dəqiq bilmək çətinləşir. Düşünürəm ki, yaxın 2-3 ay ərzində proses bitəcək. Bundan sonra təhsil sistemində olduğu kimi bağçalara da uşaq qəbulu və işə qəbul şəffaflaşacaq və asanlaşacaq”.

Tədris ilinin sonu üçün məktəblərdə ənənəvi şəkildə “Son zəng” tədbirinin keçirilməsi gözlənilir.

Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, pandemiya hələ də davam edir: “Mövcud qaydalar əsasında bu il məktəblərdə “Son zəng”in keçirilməsi gözlənilir”.

Əvvəlki məqaləBinəqədinin ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədi Rayon Ağsaqqallar Şurasının sədri yazır – MƏQALƏ