Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir.
Bineqedi.info xəbər verir ki, Binəqədi Gənclər Evində keçirilən layihənin növbəti görüşü “Uğur özündən başlayır” mövzusunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəqəmsal inkişaf sahəsinin “AzInTelekom”MMC, ” Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Vüsalə Səid Əyyubqızı olub.
Tədbirdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və gənclər iştirak edib.
Görüşdə Vüsalə xanım layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva tərəfindən ünvanlanan suallar ətrafında, karyerasındakı ilk addımından, televiziyaya gəlişindən, insan məqsəd qoyarsa, uğur əldə edə biləcəyindən danışıb, gənclərlə maraqlı müzakirələr apararaq, onların suallarını cavablandırıb.
Sonda xatirə şəkili çəkilib.
Bineqedi.info








