Binəqədidə bıçaqlanma hadisələri törədilib

0
55

Bakının Binəqədi rayonunda bıçaqlanma baş verib.

Bineqedi.info saytı APA-ya istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində baş verib.

Belə ki, 1996-ci il təvəllüdlü K. H. Məzahir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bakının Binəqədi rayonunda daha bir bıçaqlanma qeydə alınıb.

Hadisə Xocaəsən qəsəbəsində baş verib.

Belə ki, 1994-cü l təvəllüdlü A. Ş. Vəli oğlu kafedə dava zamanı tanışı tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Əvvəlki məqaləBinəqədidə maarifləndirici tədbir keçirilib – FOTOLAR
Növbəti məqalədə“Müharibə veteranı” adının verilməsi niyə gecikir? – MN-dən açıqlama