Binəqədi Rayon İcra Hakimiyyətində Ağamusa Nağıyevin nəvəsi ilə görüş keçirilib – FOTOLAR

0
154
agamusa-axundovun-nevesi.png
Binəqədi Rayon İcra Hakimiyyətində tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi tarix elmləri üzrə fəlsəfə doktoru, “Milli dəyərlərin qorunması” İctimai Birliyinin sədri Dilarə Muxtarovanın (Dilarə Ağamusa Nağıyeva) anadan olmasının 82-ci ildönümü münasibətilə görüş keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, RİH başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbə müdirinin müavini Elnur Məmmədov iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Dilarə xanımı Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə təbrik edərək, ona cansağlığı, gələcək işlərində müvəffəqiyyətlər arzu etdilər.
Dilarə Muxtarova rayonun ictimai-mədəni həyatında və ad günü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısının imzaladığı fəxri fərman və xatirə hədiyyəsilə təltif edildi. Çay süfrəsi ətrafında səmimi keçən görüşdə Dilarə xanım babası- Ağamusa Nağıyev haqqında xatirələrindən bəhs etdi.
Sonda xatirə şəkli çəkdirildi.
Bineqedi.info
Bir 7 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 4 kişi, oturan insanlar ve iç mekan görseli olabilirFotoğraf açıklaması yok.Bir 2 kişi, oturan insanlar ve iç mekan görseli olabilirBir 3 kişi ve ayakta duran insanlar görseli olabilirBir 6 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləRəcəb Tayyib Ərdoğan İlham Əliyevə məktub göndərdi
Növbəti məqalədəDaha 5000 nəfərə “Müharibə veteranı” adı verilməsi üçün sənədlər komissiyaya göndərildi