Binəqədi Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən 219 saylı körpələr evi-uşaq bağçasının müdiri Quliyeva Vəfa Vaqif qızı rayonun ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə və 55 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.
Bineqedi.info saytına verilən məlumata görə, Rayon İcra Hakimiyyəti başçısının muavini Sevinc Süleymanova yubilyarı təbrik edərək ona gələcəyimiz olan körpələrimizin təlim-tərbiyə işində uğurlar arzu edib.
Vəfa Quliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən genişmiqyaslı işlərə, gələcəyimiz olan körpələrin sağlam və xoşbəxt böyümələri üçün göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Bineqedi.info