Binəqədidə “Favorit” market yanıb, 1 nəfər tüstüdən zəhərlənib – VİDEO

0
69

Binəqədi rayonu 9 mikrorayon ərazisində Mircəlal Paşayev küçəsində yerləşən “Favorit” marketdə yanğın hadisəsi baş verib.

Bineqedi.info APA-ya istinadən xəbər verir ki, yanğın nəticəsində əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin 4 briqadası cəlb olunub.
Binəqədi rayon Polis İdarəsinin və mühafizə polisinin əməkdaşları da hadisə yerindədir.

Yanğın marketin anbarında baş verib. Anbardan malları çıxararkən mühafizə polisinin bir əməkdaşı – Elnur Niftəliyev tüstüdən zəhərlənib. O, dərhal 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib.

Marketin rəhbərliyindən  verilən ilkin məlumata görə, yanğının baş verməsinə səbəb anbarda elektrik naqillərində yaranmış qısaqapanma olub.

Yanğın FHN-in yanğından mühafizə bölməsi tərəfindən tam söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləTanınmış jurnalistin qardaşının Binəqədidəki evi soyuldu – Fotolar
Növbəti məqalədəBinəqədidə keçirilən oyunların qalibləri mükafatlandırıldı – Fotolar